Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatdı
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmaq qərarına gəlib.
Demedia.az xəbər verir ki, bu barədə Avropa Şurasından açıqlama verilib. Açıqlamada bildirilib ki, Rusiyaya qarşı sanksiyalar hələ 2014-cü ildə Ukraynada ərazi bütövlüyün pozulduğu vaxt tətbiq edilib. Bildirilib ki, ötən ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra sanksiyalar əhəmiyyətli dərəcədə genişlənib.
Rusiyaya qarşı sanksiyaların ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili məqsədli və lüks məhsullar da daxil olmaqla bir sıra sahələri əhatə edir.
Bahadur Seyidov