Polşa Ukraynaya yardım etməyə davam edəcək



 20:51 27.01.2023     313

Polşa Ukraynaya yardım etməyə davam edəcək.

Demedia.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski belə açıqlama verib. O bildirib ki, Polşa Ukraynaya 60 tank göndərməyə qərar verib. "Bu, Polşanın Ukraynaya etdiyi son yardım deyil. Bizim dəstəyimizi yalnız bir şey bitirə bilər: qələbə" - Mateuş Moravetski deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də dəstəyə görə Polşaya təşəkkür edib.

"160 il əvvəl olduğu kimi bir yerdəyik, lakin bu dəfə düşmənin şansı yoxdur. Biz birlikdə qalib gələcəyik" -  Zelenki deyib.

Bahadur Seyidov