"Ukraynanın uzaq mənzilli raketlərə ehtiyacı var” - Zelenski



 14:12 30.01.2023     328

“Rusiya ordusuna qarşı daha effektiv mübarizə aparmaq üçün uzaq mənzilli raketlərə ehtiyac var”.

Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə deyib. O bildirib ki, Rusiya qüvvələrinin Donetsk vilayətinin Konstantinivka şəhərinə raket zərbələri endirməsi nəticəsində 3 mülki vətəndaş həlak olub, 14 nəfər yaralanıb. Zelenskinin sözlərinə görə, hücum zamanı mülki vətəndaşların evləri hədəfə alınıb və hücum S-300 raketləri ilə həyata keçirilib.

“Bənzər hücumların qarşısını almaq və Rusiya ordusunun hücum imkanlarını məhdudlaşdırmaq üçün daha çox silaha ehtiyac var. Ukraynanın xüsusilə uzaq mənzilli raketlərə ehtiyacı var” - Zelenski deyib.

Bahadur Seyidov