Türkiyə və İsveç arasında danışıqlar dayandırıldı



 14:52 30.01.2023     331

Ardıcıl terror və anti-islam təxribatları ilə yadda qalan İsveç NATO-ya üzvlük məsələsi ilə bağlı bəyanat yayıb.

Demedia.az xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, Türkiyə və İsveç arasında danışıqlar dayandırılıb. Bununla belə, Tobias Billström qeyd edib ki, ölkəsinin məqsədi bu il NATO-ya tamhüquqlu üzv olmaqdır.

Qeyd edək ki, İsveç rəhbərliyinin terror təşkilatı PKK-nın təxribatlarına icazə verməsi Ankara tərəfindən etirazla qarşılanıb. Türkiyənin Stokholm səfirliyi qarşısında Qurana hörmətsizlik edilməsi isə gərginliyi daha da artırıb. Türkiyə bu hadisələrə ən sərt şəkildə etiraz edib.

Bahadur Seyidov