Zelenskidən Beynəlxalq Olimpiya Komitəsinə etiraz



 15:24 30.01.2023     336

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı idmançıların 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmasını tələb edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, olimpiya oyunlarının prinsipləri ilə terrorçu ölkəni təmsil edən idmançıların bu yarışlarda iştirakı bir-birinə ziddir. Zelenskinin sözlərinə görə, Rusiya təcavüzü və terroru dayandırmalıdır. Yalnız bundan sonra Rusiyanın olimpiadada iştirakı barədə danışmaq mümkün olacaq. Zelenski ukraynalı olimpiya idmançılarının Rusiyanın bombardmanı nəticəsində zərər dəymiş idman zallarında məşq etməsinə dair fotolar da paylaşıb.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin açıqlamasına görə, rusların və belarusların 2024-cü il Yay Olimpiya Oyunlarında "neytral idmançı" statusu ilə iştirak etməsi nəzərdən keçirilir.

Bahadur Seyidov