Rusiya ilə danışıqlara davam edəcəyəm - Makron



 16:12 30.01.2023     369

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə danışıqlara davam edəcəyini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Makron Yelisey sarayında təşkil edilən toplantı zamanı deyib. O bildirib ki, bəziləri Rusiya ilə danışıqlar apardığı üçün onu tənqid edir. Bununla belə, Makron Rusiya ilə danışıqları davam etdirəcəyini ifadə edib. Makron həmçinin Çini işarə edərək, Pekinin Ukraynadakı müharibəyə səssiz qaldığını ifadə edib.

"Bu imperialist müharibəyə göz yumsaq, azad və sabit beynəlxalq nizamı kim müdafiə edə bilər? Nizamın qurulmasına görə hamı məsuliyyət daşıyır" - Makron deyib.

Bahadur Seyidov