PKK/YPG 50 gənci qaçırdı



 16:48 30.01.2023     344

Terror təşkilatı PKK/YPG Suriyada işğal etdiyi bölgələrdə gənclərdən qanlı məqsədləri üçün istifadə etməyə davam edir.

Demedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular Haseke və Hələbdə daha 50 gənci zorla sıralarına qatıb. Məlumata görə, onların əksəriyyəti ərəbdir. Bildirilir ki, terrorçular qaçırdıqları gəncləri təlim düşərgələrinə aparıblar. Son bir həftədə azı 108 gəncin qaçırıldığı deyilir. Bildirilir ki, Mənbic rayonunda gəncləri qaçıran PKK/YPG-yə etiraz əlaməti olaraq mağaza sahibləri dükanları bağlayıblar.

Qeyd edək ki, yerli sakinlər terrorçuların əməllərinə qarşı etiraz aksiyaları keçirmişdi.

Bahadur Seyidov