Türkiyə ilə Liviya arasında imzalanan saziş parlamentə təqdim edildi



 17:08 30.01.2023     320

Türkiyə ilə Liviya arasında imzalanan neft-qaz müqaviləsi Türkiyə Böyük Millət məclisinə göndərilib.

Demedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənəd iki ölkə arasında karbohidrogen ehtiyatları sahəsində əməkdaşlığın inkişaf etdirilməsini quru və dəniz ehtiyatlarının tədqiqatı, işlənməsi və hasilatı sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Anlaşma Memorandumu parlamentə təqdim edilib. Məlumata görə, əməkdaşlıq sazişi parlamentdə təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Razılaşmaya əsasən, Türkiyə və Liviya həm Aralıq dənizində, həm də quruda birgə neft və qaz kəşfiyyatı apara biləcək. Qeyd edək ki, saziş Yunanıstan tərəfindən etirazla qarşılanıb.

Bahadur Seyidov