Rişi Sunak Mühafizəkarlar Partiyasının sədrini vəzifəsindən azad etdi



 17:44 30.01.2023     340

Böyük Britaniyanın Baş naziri Rişi Sunak hakim Mühafizəkarlar Partiyasının sədri Nadim Zahavini vəzifəsindən azad edib.

Demedia.az xəbər verir ki, buna səbəb Nadim Zahavinin adının vergidən yayınmaqda hallanmasıdır. Sunak Zahaviyə göndərdiyi məktubda qeyd edib ki, vergidən yayınma iddiaları müstəqil şəkildə araşdırılıb və qanunların ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.Bildirilir ki, hakim Mühafizəkarlar partiyasının rəhbəri Nadhim Zahavi maliyyə naziri olduğu müddətdə milyonlarla funt sterlinq vergidən yayındığı üçün cərimələr ödəyib. Britaniya mətbuatı Zahavinin 5 milyon funt sterlinq cərimə ödədiyini yazıb.

Qeyd edək ki, vergidən yayındığı üçün Nadhim Zahavi barədə araşdırmalar davam edir.

Bahadur Seyidov