Portuqaliyada müəllimlər etiraz aksiyası təşkil etdi



 15:51 30.01.2023     319

Portuqaliyada müəllimlər etiraz aksiyası təşkil edib.

Demedia.az xəbər verir ki, nümayişçilər daha yaxşı iş şərtləri və daha yüksək maaş tələb edirlər. Məlumata görə, Təhsil Peşəkarları Birliyinin çağırışı ilə paytaxt Lissabonda 80 minə yaxın müəllim nümayişə qatılıb. Müəllimlər azı 120 avro maaş artımı və karyera yüksəlişinin sürətləndirilməsini istəyirlər.

Qeyd edək ki, dekabr ayından etibarən bir sıra məktəblərdə müəllimlər tətil elan edib. Tətillər səbəbindən bir çox məktəblərdə tədris dayandırılıb.

Bahadur Seyidov