Almaniyada ilk: Türk əsilli qubernator Əli Doğan kimdir?



 21:03 30.01.2023     1145

Şimali Reyn-Vestfaliya əyalətinin Minden Lübecke bölgəsində keçirilən seçkidə ikinci turda qalib gələn Əli Doğan Almaniya tarixinə düşüb.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Minden-Lübecke bölgəsində bazar günü keçirilən qubernatorluq seçkilərində Əli Doğan qalib gəlib. Sosial Demokrat Partiyasının (SPD) üzvü Doğan iki həftə əvvəl keçirilən seçkilərin ilk turunu qabaqlasa da, səslərin 50 faizini keçə bilməyib və seçkilər ikinci tura buraxılıb.

Bielefeld Universitetinin hüquq fakültəsinin məzunu Əli Doğan ikinci turda səslərin 55,8 faizini, rəqibi Xristian Demokrat Birlik (CDU) partiyasından olan Yorq-Michael Şreyder isə 44,2 faiz səs toplayıb. Beləliklə, Doğan Almaniyada qubernatorluğa gələn ilk türk əsilli oldu. Hazırkı qubernatorun bölgə qubernatoru təyin edilməsi ilə əlaqədar əlavə seçki keçirildiyi üçün Doğan səkkiz il rayon qubernatorluğu vəzifəsini davam etdirəcək.
Seçkilərin nəticələri açıqlandıqdan sonra çıxış edən Doğan deyib: "Çox xoşbəxtik. Əvvəldən mühüm mövzuları işıqlandırdıq və insanlara çata bildik.  İlk işlərimdən biri klinikalardakı neqativ halları aradan qaldırmaq olub".

Şəhər və kəndlərin tabe olduğu Kreis (Rayon) adlanan rayonlarda ən yüksək inzibati orqan kimi rayon qubernatorları fəaliyyət göstərir. Onlar əyalət hökumətlərində xidmət etdikləri mahalı təmsil edirlər və əksər ştatlarda xalq tərəfindən seçilirlər.
Rayon qubernatorlarının vəzifələri təhlükəsizlik, təhsil və səhiyyə kimi sahələri əhatə edir. Minden Lübecke rayonu 1152 kvadrat kilometr ərazini əhatə edir. 311 min nəfər əhalisi olan rayonda 11 rayon və qəsəbə var.1982-ci il mayın 18-də Herfordda Almaniyaya fəhlə kimi gələn bir ailədə dünyaya gələn Əli

Doğan hüquq təhsilini Bielefeld Universitetində tamamlayıb.
Doğan 2013-2015-ci illərdə partiyasının immiqrasiya və inteqrasiya komissiyasında çalışıb. 2017-ci ildə Sankt Augustin Bələdiyyə Məclisinə üzv olan Doğan türk əsilli təşkilatlarda da ictimai işlər görüb. Doğan 2012-2015-ci illərdə Almaniya Ələvi Birlikləri Federasiyasının baş katibi olub. Sevil Doğanla evli olan Əli Doğanın iki övladı var.

Aysun / Demedia.az