70 yaşlı kişi 28 yaşlı gəlini ilə evləndi - Dəhşətli HADİSƏ



 20:32 30.01.2023     455

Hindistanda özündən 42 yaş kiçik qadınla evlənən qoca dünyanın gündəminə düşüb. 

Demedia.az xəbər verir ki, evliliyin detalalrını öyrənənlər şoka düşüblər.

Sözügedən hadisədə 70 yaşlı kişi oğlunun ölümündən sonra gəlini ilə evlənib. Çhapia Umaro kəndində toy edən cütlüyün toyu gərgin keçib.
Yerli mənbələr 70 yaşlı bəyin həyat yoldaşını 12 il, üçüncü oğlunu isə 3 il əvvəl itirdiyini yazıb. Oğlunun ölümündən sonra gəlininin başqa kişi ilə ailə qurduğu, lakin bəzi səbəblərdən yenidən qayınanası ilə məskunlaşdığı öyrənilib.
Qayıdandan sonra 70 yaşlı qayınatasına aşiq olmağa başlayan gənc qadın bu vəziyyəti bir müddət gizlədib. Sosial şəbəkədə paylaşdıqları foto ilə evləndiklərini açıqlayan cütlüyün yaxınları məəttəl qalıb.
“Times Of India”da əksini tapan xəbərdə cütlüyün Qogua kəndinin Caqannath məbədində keşişlər və yerli əhalinin iştirakı ilə toy etdiyi bildirilir. 70 yaşlı kişinin övladlarından uzaq bir kənddə yaşadığı və dolanışığını ticarətlə təmin etdiyi öyrənilib.
Digər tərəfdən, hadisə ilə bağlı səlahiyyətlilər açıqlama verib. Bildirilib ki, qocadan 42 yaş kiçik gəlin öz istəyi ilə ailə qurub.

Aysun / Demedia.az