Oynaq xəstəlikləri, onurğa problemləri olanların DİQQƏTİNƏ - Hər gün bunu edin



 22:35 30.01.2023     899

Bu gün sizə oynaq xəstəlikləri, onurğa problemləri, bağırsaq, ürək-damar xəstəlikləri, böyrəklərin və immun sisteminin zəifliyi zamanı kömək edəcək reseptlər barədə məlumat verəcəyəm.

Lazım olan ərzaqlar: 5 xörək qaşığı balqabaq tumu, 3 xörək qaşığı kətan toxumu, 4 xörək qaşığı kişmiş, 150 qr təbii bal. Kişmişi qaynar suda isladın ki, həm tozu getsin, həm də yumşalsın. Sonra suyu süzün. Balqabaq tumunu, kətan toxumunu və kişmişi blenderdə üyüdün. Alınan qarışımı bala qatın və yaxşıca qarışdırın. Şüşə qaba töküb soyuducuda saxlayın. Gün ərzində 2 dəfə-səhər və axşam, hər dəfə də 1 xörək qaşığı olmaqla bu qarışımdan yeyin. Müalicə müddəti 1 həftədir. Sonra fasilə vermək mütləqdir. Mütəmadi qəbul edilən qarışımın köməyilə bütün növ ağrılar azalır, orqanizmin aktivliyi artır, damarlar və sümüklər möhkəmlənir. Faydaları və qəbul edilməsi: Əvvəlcə, qeyd edim ki, balqabaq tumu, kətan toxumu, kişmiş və bal ayrı-ayrılıqda zəngin tərkibə malikdirlər. Balqabaq tumu və kətan toxumu doyurucu təsir göstərir. Beləliklə, 4 inqridientin qarışımıyla alınan vasitə lif, Omega-3, maqnium, yağ, dəmir, mis, B qrupu vitaminləri və antioksidant baxımından çox zəngindir. Qanda hemoqlobin səviyyəsinin nizamlanması üçün vasitədəki dəmir olduqca vacibdir. Oksigenin orqanizmdə sirkulyasiyası üçün lazım olan zülal da qarışım sayəsində bədənə daxil olur. E, K vitaminləri, maqnium, B qrupu vitaminləri bədəndə soyuqdəymənin miqdarını azaltmaqla xroniki xəstəliklərin qarşısını alır. Metabolizmanı sürətləndirir, qanda şəkərin səviyyəsini aşağı salır. Qarışımdakı doymamış Omega-3 yağları qanda pis xolesterinin miqdarını azaldır, həmçinin, qan təzyiqinin stabilləşməsini dəstəkləyir. Omega-3 immunitetin möhkəmlənməsində də əhəmiyyətlidir. Balqabaq tumu sinklə də zəngindir. Bu mineralın kişi orqanizmi üçün faydalarını bilməyən yoxdur. Tumlar bağırsaqdakı ziyanlı parazitlərlə mübarizədə də effektivdir. Helmintlərin orqanizmdən xaric edilməsi zamanı tumdan intensiv istifadə təkcə, profilaktik deyil, müalicəvi tədbirlərin də tərkib hissəsinə çevrilməlidir. Kətan toxumu karbohidratların sürətli mənimsənilməsinə kömək edir. Malik olduğu sorbentlər isə hüceyrələrin xəsarət almasının qarşısını alır. Kətan toxumu bəlğəmgətiricidir. Bununla bərabər, tərkibindəki liflər bağırsaqların işini sürətləndirir və normal işləmələrinə stimul verir. Xroniki köpün əmələ gəlməsinə mane olur. Balqabaq tumundakı amin turşusu, daha dəqiq desək, triptofan sayəsində yuxu rejimi yaxşılaşır. Orqanizmdə triptofan B vitamini ilə birləşir. Bu birləşmə inosin adlanır və serotonin ifrazına kömək edir. Serotoninin keyfiyyətli yuxu üçün vacibliyini bir neçə dəfə digər videolarda vurğulamışıq. Həmçinin, inosin melatonin ifrazını da nizama salır. İmmunitetin möhkəmlənməsində, arterial təzyiqin normallaşmasında, qanda şəkərin səviyyəsinin nizamlanmasında, ürəkbulanmanın azalmasında, bağırsaq parazitlərinin neytrallaşmasında, xroniki patalogiyalar riskinin aşağı düşməsində, dərinin, dırnağın, saçların sağlamlığının qorunmasında, hətta əhval-ruhiyyənin yüksək olmasında da balqabaq tumunun xidməti danılmazdır. Kişmiş orqanizmdə antibakterial, sidikqovucu, immun yaradıcı və sedativ kimi çıxış edir. O, respirator xəstəliklərin aradan qaldırılmasında da faydalıdır. Bu zaman immuniteti yüksəldən, bakteriyaları məhv edən kişmiş sağalma prosesinin sürətlənməsinə önəmli dərəcədə təkan verir. Kişmişin tərkibində bol miqdarda olan kalium böyrəklərin işini yaxşılaşdırır, dərini təravətləndirir. Sidikqovucu kimi çıxış edərək zərərli maddələrin orqanizmdən atılmasını sürətləndirir. Kişmiş qanı təmizləyir. Ürək-damar xəstəliklərinin profilaktikasında istifadə edildikdə, müsbət nəticənin əldə edilməsi şübhə altından çıxır. Gərgin fiziki aktivlikdən sonra idmançılar gümrahlıq qazanmaq üçün kişmiş yeyirlər. Zehni işlə məşğul olanlar isə diqqət toplamaq, zehin aydınlığı üçün kişmişə üz tuturlar. Kişmiş yemək hemoqlobin artımına da səbəb olur, qanyaratma prosesini normallaşdırır, ürəyin işindəki çatışmazlıqları aradan qaldırır, damarları möhkəmlədir, kariesin qarşını alır, diş emalını gücləndirir. Miqren və depressiyadan yaxa qurtarmaq istəyənlər üçün də kişmiş əlçatan vasitədir. Yuxunu yaxşılaşdırır, ümumiyyətlə, orqanizmin işinə dəstək olur.

Bahadur Seyidov / Demedia.az