Görünüşləri hər kəsi şoka salan cütlük: "Böyük bacısı hesab edirlər"



 18:20 30.01.2023     461

Ərinin xarici görünüşünə görə hər zaman fərqli bir insan kimi göründüyünü deyən gənc qadın başına gələnləri danışıb. 

Demedia.az xəbər verir ki, qadının bu sözləri qısa zamanda gündəmə gəlib.

ABŞ-da yaşayan 30 yaşlı Carolyn Fultz adlı qadın öz-özünə danışarkən insanların yaşadıqları sürprizi izah edib. Əsl yaşına görə kifayət qədər gənc görünən qadın dünya mətbuatının gündəminə düşüb.

3 uşaq anası olan Fultz onu görənlərin həmişə uşaqların dayəsi olduğunu düşündüyünü bildirib. Fultz uşaq sahibi olmaq üçün çox gənc olduğunu söyləyənlərə əsl yaşını və ilk dəfə heç kimin ona inanmadığını söyləyib.
İfadələrinin davamında onu və həyat yoldaşını görənlərin reaksiyalarına da toxunan Fultz, onları görənlərin ər-arvad deyil, ata və qız olduqlarını düşündüyünü bildirib. 10 ildir birlikdə olan cütlük arasında cəmi 3 il fərq var. Davamlı olaraq kənardan mühakiməedici baxışlarla qarşılaşan cütlük əvvəlcə bunu düşünsə də, indi veclərinə deyil.

Mövzu ilə bağlı danışan Carolyn Fultz uşaqları ilə parkda gəzərkən yaşadığı problemlərə diqqət çəkərək bunları söyləyib:
“Uşaqlarımla parkda oynayanda hər kəs məni onların böyük bacısı və ya baxıcısı hesab edir. Həmişə hansı məktəbə getdiyimi soruşurlar. 30 yaşım var, evliyəm desəm, heç kim inanmır".

Aysun / Demedia.az