Sarımsaq və bal qarışımının FAYDALARI



 21:35 31.01.2023     1805

Acqarına sarımsaq və bal qarışımını qəbul etmək orqanizmin sağlamlığını dəstəkləyir.  Bu qarışım qədər effektiv olan heç bir dərman preparatı yoxdur. Əgər siz az miqdarda bala sarımsaq əlavə etsəniz,  hər iki məhsulun faydalılıq dərəcəsi önəmli dərəcədə artacaq. Ayrılıqda hər ikisi güclü antibiotik olmaqla bərabər, immunitetin möhkəmlənməsinə də xidmət edirlər. 

 Sarımsaq yeməkləri ətirli və dadlı edir. Vitaminlər və mikroelementlərlə zəngindir.  Onu bala qatanda isə orqanizm üçün əvəzsiz vasitə əldə etmiş oluruq. 

Sarımsaq və bal qarışımının faydaları bunlardır: 

Qanı zənginləşdirir. Sarımsaq mədəyə düşərkən  mədə şirəsinin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Keyfiyyətli mədə şirəsi isə orqanizmin qidadakı dəmiri düzgün mənimsəməsinin təminatıdır. Bundan əlavə, sarımsağın vitamin və minerallarla zəngin olmasını da unutmamalıyıq.  Başqa sözlə, sarımsaq yeməklə öz qanınızı faydalı elementlərlə zənginləşdirirsiniz. Sarımsaq və bal qarışımı qanda pis xolesterinin və triqliseridlərin səviyyəsini azaldır.  Beləcə, trombların əmələ gəlmə riski də aşağı düşür. 

Dərini qidalandırır.  Sarımsaq güclü antioksidantdır.  Həmçinin, hüceyrələrin regenerasiyasını sürətləndirir. Sağlam hüceyrələr parlaq və təravətli dərinin təminatçısıdır.  Və siz heç bir kimyəvi kosmetik məhsul olmadan, sarımsaq-bal qarışımından istifadə etməklə uğurlu nəticələrə nail olacaqsınız. 

Viruslardan qoruyur. Sarımsaq və bal-ikisi də ayrı-ayrılıqda immunitetin möhkənlənməsinə xidmət edirlər. Mikroblardan, viruslardan və bakteriyalardan  qorunmaq üçün sarımsaq-bal qarışımını seçsəniz, peşman olmazsınız. İmmun sisteminin güclü olması daha böyük problemlərdən, məsələn; xərçəngdən qaçmaq üçün yeganə şansdır. 

Artıq çəkidən qurtulmağa kömək edir. Şirinliyinə baxmayaraq, bal çox faydalı və əvəzsiz qidadır. Acqarına sarımsaq və bal qarışımından qəbul etsəniz, iştahınız küsəcək. Nəsə yemək haqqında daha az fikirləşəcəksiniz. Stress əleyhinə vasitə olan sarımsaq-bal qarışımı bu sayədə orqanizmin rahatlanmasını da təmin edir. Rahat orqanizm aclıq hissini gec duyur. 
Ağrıkəsici və iltihab əleyhinə vasitədir. Tez-tez başınız ağrıyırsa, balı rasionunuza daxil etməkdə gecikməyin. Onun möhtəşəm ətri sizi sakitləşdirəcək. Beləcə, daha az sakitləşdirici preparatlar qəbul edəcəksiniz. 
Gümrahlıq verir. Hər kəsin “uzun gün” adlandırdığı günləri olur. Gərgin iş rejimi, həll olunmayan problemlər və sair... Belə hallarda insan özünü güvənsiz və yorğun hiss edir. Hazırda dünyada enerji içkilərinin rekord sayda satılmasının bir səbəbi məhz enerji axtarışıdır. Şokolad isə ən asan seçimdir. Amma artıq enerji içkilərini də, şokoladın da həddən artıq qəbulunun zərərli olduğunu bilirik. Səhər acqarına qəbul edilən sarımsaq-bal qarışımı sizə yeni gün üçün lazımi enerjini verəcək və heç bir əks təsiri olmayacaq. 

Sarımsaq-bal qarışımının qəbul edilməsi. 

Resept olduqca sadədir.  15 diş sarımsaq, 1 stəkan bal və 1 şüşə qab götürün.  Sarımsağın qabığını soyun. Balı şüşə qaba tökün. Bal xarlayıbsa, buxar vannası vasitəsilə əvvəlki halına qaytara bilərsiniz.  Sarımsağı xırda-xırda doğrayın və bala qatın. Arzu edənlər az miqdarda limon şirəsi də əlavə edə bilərlər.  Qabın ağzını bağlayın və  1 həftə qaranlıq yerdə saxlayın. Soyuducuya qoymaq olmaz, yoxsa bal sürətlə xarlayar.  Hazır olduqdan sonra hər gün acqarına 1 xörək qaşığı sarımsaq-bal qarışımı qəbul edin.  Proseduru 7 gün təkrarlayın.  

Bahadur Seyidov / Demedia.az