Finlandiya polisi müqəddəs kitabların yandırılmasına icazə verməyəcək



 14:20 31.01.2023     312

Finlandiya polisi Quran kimi müqəddəs kitabların ictimai yerlərdə yandırılmasına icazə verməyəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Finlandiyanın rəsmi xəbər agentliyində məlumat dərc edilib. Açıqlamada deyilir ki, Finlandiya Milli Polis İdarəsi müqəddəs kitabların yandırılmasını “cinayət” kimi qiymətləndirəcək. Həmçinin müqəddəs kitabların təhqir edilməsinə görə də cəza tətbiq ediləcək. Finlandiya polisinin məlumatına görə, müqəddəs kitabları hədəfə alan aksiya keçirilərsə polis müdaxilə edəcək.

Açıqlamada deyilir ki, Finlandiya qanunvericiliyi digər Skandinaviya ölkələrindən fərqli olaraq “dini sülhü” qoruyur və onu pozanları cəzalandırır.

Bahadur Seyidov