Tramp iddiasını ortaya qoydu



 14:52 31.01.2023     325

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2024-cü il prezident seçkiləri üçün kampaniyaya başlayıb.

Demedia.az xəbər verir ki, Tramp xalqın ona etimad etdiyini ifadə edib. Trampın sözlərinə görə, 2024-cü il seçkiləri ABŞ-ı xilas etmək üçün yeganə şansdır. 2024-cü il seçkiləri ilə bağlı əvvəlkindən daha "qərarlı və qəzəbli" olduğunu deyən Tramp böyük mitinqlər keçirəcəyini ifadə edib.

Tramp hazırkı prezident Co Baydenin sərhəd, iqtisadi və sosial siyasətlərini tənqid edərək, öz prezidentliyi dövründə həyata keçirdiyi siyasi qərarlardan nümunələr göstərib.

Bahadur Seyidov