İran 5 gəmini ələ keçirdi



 15:19 31.01.2023     325

İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində 400 min litr qanunsuz yanacaq daşıyan 5 gəmini ələ keçirib.

Demedia.az xəbər verir ki, bu barədə SEPAH-ın 4-cü Regional komandanı Məhəmməd Hüseyn Bargahi deyib. O bildirib ki, əməliyyat nəticəsində ələ keçirilən gəmilərdə 33 ekipaj üzvü həbs edilərək müvafiq qurumlara təhvil verilib. Bargahi gəmilərin kimə aid olduğunu və ekipajın milliyyəti barədə məlumat paylaşmayıb.

Onun sözlərinə görə, cari ildə İranın hərbi donanması qanunsuz yanacaq daşıyan 10 gəmini ələ keçirib. 800 min litrdən çox qaçaq yanacaq ələ keçirilib.

Bahadur Seyidov