İran Ukraynaya etiraz etdi



 15:58 31.01.2023     298

İran Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyakın bəyanatına etiraz olaraq Kiyevin Tehrandakı nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə İLNA agentliyi məlumat yayıb. Bildirilir ki, Podolyak sosial media hesabında İsfahanda Müdafiə Nazirliyinə məxsus obyektə hücumda Ukraynanın da “əli olduğunu” yazıb. İran ukraynalı diplomatdan bu bəyanata aydınlıq gətirməsini tələb edib.

Qeyd edək ki, Mixail Podolyak İsfahanda Müdafiə Nazirliyinin obyektində baş verən partlayışa işarə edərək “Ukrayna sizə xəbərdarlıq etmişdi” yazıb. İran rəsmiləri Podolyakın açıqlamalarına etiraz edib.

Bahadur Seyidov