Sloveniyada Rusiyanın lehinə casusluq edən iki nəfər saxlanıldı



 16:52 31.01.2023     336

Sloveniyada Rusiyanın lehinə casusluq edən iki nəfər saxlanılıb.

Demedia.az xəbər verir ki, bu barədə Sloveniya Kəşfiyyat və Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, 2 əcnəbi vətəndaş Rusiyaya casusluq ittihamı ilə saxlanılıb. Şübhəlilər özlərini Cənubi Amerikalı iş adamları kimi təqdim ediblər.

Bildirilir ki, xarici kəşfiyyat orqanına casusluq etməkdə və saxta sənədlər hazırlamaqda şübhəli bilinən şəxslərlə bağlı istintaq davam edir. İstintaq məxfi aparıldığına görə, əlavə təfərrüatlar paylaşılmayıb.

Bahadur Seyidov