Zaxarova İrana hücumu pislədi



 17:29 31.01.2023     375

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın İsfahan şəhərində hərbi obyektə edilən hücumu pislədiklərini bildirib.

Demedia.az xəbər verir ki, Zaxarova bununla bağlı yazılı açıqlama verib. Zaxarova qeyd edib: "Biz nizamlanmamış, regionda gərginliyin nəzarətsiz artmasına gətirib çıxara biləcək istənilən təxribatçı hərəkəti qətiyyətlə pisləyirik. Belə hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Bunu, həm cəsarətli hərəkatı təşkil edənlər, həm onların dəstəkçiləri, həm İranın zəifləməsinə ümid edərək bununla  öyünənlər bilməlidir”.

Qeyd edək ki, İranın dövlət televiziyası İsfahan şəhərində Müdafiə Nazirliyinin silah-sursat istehsalı müəssisəsində güclü partlayış baş verdiyini bildirib.

Bahadur Seyidov