Hindistanda müsəlmanların hindu qadınları ilə evlənməsinə etiraz edildi



 17:45 31.01.2023     359

Hindistanda yüzlərlə insan müsəlmanların hindu qadınları ilə evlənməsinə etiraz məqsədilə aksiya təşkil edib.

Demedia.az xəbər verir ki, sağçı qrupların fəallarının Mumbayda keçirdiyi mitinqdə müsəlman-hindu nikahlarına qarşı şüarlar səsləndirilib. Etirazçılar bildiriblər ki, hökumət belə halların qarşısını almaq üçün dinin dəyişdirilməsini qadağan edən qanun tətbiq etməlidir. Etirazçılar müsəlman kişilərin hindu qadınları nikah yolu ilə dinini qəbul etməyə razı saldığını irəli sürüblər.

İddia edilir ki, müsəlman kişilər hindu qadınları dinini dəyişdirməyə zövq edərək, din adı altında torpaqları zəbt edirlər.

Bahadur Seyidov