Tayvanda yeni hökumət formalaşdırıldı



 16:18 31.01.2023     307

Çinlə suverenlik münaqişəsində olan Tayvanda yeni hökumət formalaşdırılıb.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın CNA agentliyi məlumat yayıb. Bildirilib ki, Baş nazir Su Tsenq-çanqın istefasından sonra yeni hökumət qurulub. Bildirilir ki, Baş nazir vəzifəsinə təyin edilmiş keçmiş vitse-prezident Çen Çien-jenin rəhbərlik etdiyi yeni hökumət işə başlayıb. Məlumata görə, Çen 2016-2020-ci illərdə Tayvan lideri Tsay İnq-venin müavini olub.

Qeyd edək ki, Su Tsenq-çanq yerli parlament seçkilərində hakim Demokratik Tərəqqi Partiyasının məğlub olmasından sonra hökumətdə dəyişikliyə zəmin yaratmaq üçün istefa vermişdi.

Bahadur Seyidov