Dünya bunu danışır - Nə olduğuna aydınlıq gətirildi



 22:28 31.01.2023     624

Sakit okeanda yerləşən Havay adalarında səmada spiral şəklində görünən sirli işıq maraq doğurub. 

Demedia.az-ın məlumatına görə, bildirilib ki, hava hadisəsi ABŞ-lı sahibkar İlon Maska məxsus kosmik nəqliyyat şirkəti Space X tərəfindən buraxılan peyklərlə bağlı ola bilər.

Havay səmasında yaranan qeyri-adi işıq görüntüsü maraq doğurub. Mauna Kea Rəsədxanasından yayımlanan videoda səmada spiral fırlanan sirli işığın bir müddət sonra yoxa çıxdığı görülüb.

Yanvarın 18-də Subaru-Asahi STAR Kamerasında əks olunan sirli görüntünün ABŞ-lı iş adamı İlon Maskın kosmos daşıma şirkəti Space X tərəfindən eyni gündə kosmosa göndərilən peyklərdən qaynaqlanmış ola biləcəyi bildirilib.

Aysun / Demedia.az