Qorxulu ANLAR: Ev bir anda darmadağın oldu



 23:25 31.01.2023     632

Havay adalarının Honolulu şəhərində dağdan yuvarlanan qaya evə girib.

Demedia.az xəbər verir ki,  ABŞ-ın Havay adalarının Honolulu şəhərində bir evdə qorxu anlar yaşanıb. 

Palalo bölgəsində dağdan qopan qaya yüksək səslə evin üzərinə düşüb. Qaya evin içindən keçərkən böyük səs-küy eşidilərkən, evdə olan qadın fəlakətdən çətinliklə xilas olub. Otaqlardan çıxanlar gördüklərinə təəccübləniblər. Evə külli miqdarda ziyan dəyib.

Evin yaxınlığındakı dağda aparılan işlərin daş-qalaq olmasının səbəb ola biləcəyi bildirilir.

Aysun / Demedia.az