Macarıstanın xarici işlər naziri Quranın yandırılmasına etiraz etdi



 14:25 01.02.2023     327

Macarıstanın xarici işlər naziri Peter Szijjarto Quranın yandırılmasına etiraz edib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, başqa dinə məxsus müqəddəs kitabı yandırmaq və onu təhqir etmək qəbuledilməzdir. Siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına münasibət bildirən Peter Szijjarto qeyd edib ki, o müqəddəs kitabların təhqir edilməsinə qəti qarşıdır:

“Başqa dinə məxsus müqəddəs kitabın yandırılmasını "söz azadlığı" adlandırmaq cəfəngiyyatdır. Bir ölkə NATO-ya daxil olmaq və Türkiyənin dəstəyini qazanmaq istəyirsə, o zaman bir az diqqətli olmalıdır”.

Bahadur Seyidov