“ABŞ və Cənubi Koreyanın birgə təhlükəsizliyə sadiqliyi sarsılmazdır”



 14:45 01.02.2023     277

“ABŞ və Cənubi Koreyanın birgə təhlükəsizliyə sadiqliyi sarsılmazdır”.

Demedia.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyaya səfəri barədə belə deyib. O “Yonhap” agentliyinə göndərdiyi məqaləsində qeyd edib ki, ABŞ Cənubi Koreyadakı konvensional qüvvələri, nüvə və raketdən müdafiə qabiliyyəti və 28 min hərbi personalı ilə birgə müdafiəyə sadiqdir. ABŞ və Cənubi Koreya arasındakı tərəfdaşlığın "tarixin ən güclü, ən çevik və qarşılıqlı fəaliyyət göstərə bilən ittifaqı" olduğunu vurğulayan Austin qeyd edib ki, Şimali Koreyanın təhdidlərinə qarşı birgə hərbi təlimlərin əhatəsi və miqyasını genişləndirilməlidir.

“Düşmənlərimiz və rəqiblərimiz bilməlidirlər ki, əgər bizdən birini təhdid edərlərsə, ABŞ-Cənubi Koreya ittifaqını təhdid etmiş olarlar” - Lloyd Ostin deyib.

Bahadur Seyidov