İnternet alış-veriş saytları müştəriləri belə aldadır



 15:19 01.02.2023     368

Avropa İttifaqı Komissiyası Avropada 399 internet alış-veriş saytı ilə bağlı araşdırma aparıb.

Demedia.az xəbər verir ki, məlum olub ki, Avropa ölkələrində fəaliyyət göstərən internet alış-veriş saytlarının təqribən 40 faizində manipulyasiya xarakterli tətbiqlər var. Saytlarda aparılan araşdırmaların nəticələrinə görə, 148 internet saytı aldadıcı üsullardan istifadə edir. Cəmi 42 saytın məhsullarını satarkən doğru davrandığı qeyd edilib. 54 onlayn alış-veriş saytı vizual dizaynları və ya dil seçimləri ilə istehlakçıları abunəliyə, daha bahalı məhsullara və ya daha bahalı çatdırılma seçimlərinə yönəldib.

70 sayt çatdırılma dəyəri, məhsulun məzmunu və ya sərfəli seçimlər kimi mühüm məlumatları gizlədib və ya bu məlumatı istehlakçılara daha az görünən edib. Bundan əlavə, 23 sayt istehlakçıları abunəliyə cəlb etmək üçün məlumatları gizlədib.

Bahadur Seyidov