Tayvan ətrafında Çinə aid 34 hərbi təyyarə və 9 döyüş gəmisi müşahidə edildi



 15:52 01.02.2023     327

Tayvan ətrafında Çinə aid 34 hərbi təyyarə və 9 döyüş gəmisi müşahidə edilib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, hərbi təyyarələr və gəmilər Tayvan ətrafında tərəflərin təsir zonalarını məhdudlaşdırmaq üçün nəzərdə tutulan sərhədi keçiblər. Bildirilib ki, Çinə məxsus hərbi təyyarələr və gəmilər elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə müşahidə edilib. Məlumata görə, uçuşlar Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin Tayvan lideri Tsay İnq-Ven ilə telefon danışığından sonra həyata keçirilib.

Qeyd edək ki, Pekin bu görüşə “Çinin daxili işlərinə qarışmaq”, “Vahid Çin prinsipini pozmaq” və “Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yanlış mesaj vermək” kimi əsaslarla etiraz etmişdi.

Bahadur Seyidov