Fransada növbəti dəfə ümumi tətil keçirildi



 16:14 01.02.2023     334

Həmkarlar ittifaqlarının çağırışı ilə Fransada növbəti dəfə ümumi tətil keçirilib.

Demedia.az xəbər verir ki, Paris başda olmaqla bir sıra şəhərlərdə etirazlar keçirilib. Nümayişçilər pensiya islahatına etiraz ediblər. Tətillər nəqliyyatın fəaliyyətini dayandırıb. Həmkarlar ittifaqlarının çağırışı ilə enerji, nəqliyyat, təhsil və səhiyyə sektorları  üzrə 300-dən çox məntəqədə tətil elan edilib. Metro və qatarların hərəkəti azaldılıb. Quru və hava nəqliyyatında da fasilələr yaranıb. Tətil səbəbindən bəzi muzeylər və Eyfel qülləsi bağlanıb. Universitet tələbələri də oturaq aksiyalarla etirazlara dəstək veriblər. Bəzi şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Qeyd edək ki, Fransada hökumətin yeni təklifində pensiya yaşının 62-dən 64-ə çatdırılması nəzərdə tutulub.

Bahadur Seyidov