Ukrayna Fransadan tank və təyyarə istədi



 16:59 01.02.2023     308

Ukrayna parlamentinin sədri Ruslan Stefançuk Fransadan “Leclerc” tipli tanklar, “Mirage 2000” və “Rafale” tipli döyüş təyyarələri istəyib.

Demedia.az xəbər verir ki, Fransaya səfəri zamanı Parisdə Milli Assambleyada deputatlar qarşısında çıxış edən Stefançuk bildirib ki, Rusiya Ukraynaya qarşı əlində olan bütün silahlardan istifadə edib, Ukraynadakı infrastrukturlara hücumlar həyata keçirib. Stefançuk Ukraynaya ordunu quru hücumlarında gücləndirəcək silahların verilməsinə çağırıb. “Bizə təyyarələr verin, qələbəmizin qanadlarını verin. Bu qanadlarla biz Ukraynamızı və bütün Avropanı qoruyacağıq" - Stefançuk deyib.

Qeyd edək ki, bir sıra Qərb ölkələrinin Ukraynaya tank verməsi gündəmdədir.

Bahadur Seyidov