İspaniya Ukraynaya tanklar göndərməyi planlaşdırır



 17:19 01.02.2023     349

İspaniya Ukraynaya “Leopard 2A4” tipli tanklar göndərməyi planlaşdırır.

Demedia.az xəbər verir ki, İspaniyanın “El Pais” qəzeti belə məlumat yayıb. Qəzet hökumətdəki adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, göndəriləcək tankların sayı mövcud tankların statusundan və başqa ölkənin Ukraynaya nə qədər tank dəstəyi verəcəyindən asılıdır. İspaniya Müdafiə Nazirliyinin sözçüsü hələlik mövzu ilə bağlı məlumat paylaşmayıb.

Qeyd edək ki, xarici KİV-lər Qərb ölkələrinin Ukraynaya tank vəd etdiyini yazıb. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, ölkəsi ilk növbədə 12 ölkədən 120-140 tank almağı gözləyir. Bəzi mənbələr isə 20 ölkənin Ukraynaya tank verməyə hazır olduğunu yazıb.

Bahadur Seyidov