Avstraliya Myanma və İrana sanksiya tətbiq etdi



 17:31 01.02.2023     307

Avstraliya insan haqlarının pozulmasına görə, Myanma və İranda bəzi şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, çevrilişdə birbaşa məsuliyyət daşıyan hərbi rejimin rəhbər orqanı olan Myanma Dövlət İnzibati Şurasının 16 üzvü və ordunun nəzarətində olan şirkətlərə sanksiya tətbiq edilib. Açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun üzvləri də daxil olmaqla bəzi əsgər və siyasətçilərə qadağa tətbiq edildiyi qeyd edilib. Onlar İranda Məhza Əminin ölümündən sonra başlayan nümayişlərdəki davranışlarına görə sanksiyaya məruz qalıblar.

Bundan əlavə, açıqlamada Rusiyaya pilotsuz uçuş aparatları tədarük edən 4 iranlı və 4 təşkilata maliyyə sanksiyasının tətbiq edildiyi vurğulanıb.

Bahadur Seyidov