"Fənərbaxça"dan daha TRANSFER - Hədəfdə o var...



 18:00 01.02.2023     552

Ara transfer dövrünün sürətli klubu "Fənərbaxça"dan daha bir əhəmiyyətli gediş gəlib.

Demedia.az xəbər verir ki, Samet Akaydın, Jayden Oosterwolde və Emre Dəmiri heyətinə qatan klub Danimarkanın FC Nordsjaelland komandasında çıxış edən qanalı Ernest Nuamah üçün cəhdlərə başlayıb.

“Fənərbaxça” çox yüksək potensiala sahib olduğu öyrənilən 19 yaşlı futbolçunu ara transfer dövründə heyətinə qatmağı hədəfləyib. Ancaq “Fənərbaxça” heyətlərinin ara transferdə olmasa belə, futbolçunu mövsümün sonunda heyətində görmək istəməsi də xəbərlər arasındadır. Ernest Nuamah da ötən il "Fənərbağça"nın gündəmində idi.

Aysun / Demedia.az