Gözəllik naminə ən acı ənənə! - Ayaq sümükləri qırıq olsa da...



 19:02 01.02.2023     568

Tarix boyu qadınlar gözəl və cazibədar olmaq üçün bir çox üsullar sınamış, sırf gözəl görünmək üçün dəfələrlə ağrılı yollardan keçmişlər.

Demedia.az xəbər verir ki, dünyanın ən qədim sivilizasiyalarından biri olan Çində tətbiq edilən üsul bir növ ürküdücüdür.

Əsrlər əvvəl Çinli qadınlar arasında status və gözəllik simvoluna çevrilən ənənə işgəncəyə bərabər idi. Qadınlar yalnız bu üsulu tətbiq etdikdə evliliyə layiq görülmüş, çəkdikləri ağrı ilə paralel olaraq cəmiyyət tərəfindən də hörmət qazanmışlar. Bəs bu ənənə nədən ibarət idi? Ayaqlarını xüsusi parça və materiallarla bağlayan qadınların ayaqları daha kiçik olurdu. Zamanla “Lotus Ayağı” adlandırılan bu üsul ayaqdakı bir çox xırda sümüklərin qırılmasına və böyüməkdə olan gənc qızların gözəllik uğrunda çox əziyyət çəkməsinə səbəb olub. 

Aysun / Demedia.az