8,5 il, 121 milyon... - Tarixi REKORD



 21:01 01.02.2023     440

İngiltərə nəhəngi "Çelsi" "Benfika"nın argentinalı ulduzu Enzo Fernandesi 121 milyon avroya transfer edib. 

Demedia.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə 8,5 illik müqavilə imzalanıb.

Premyer Liqada bu mövsüm çempionluq yarışından uzaq olan və növbəti mövsüm üçün heyət yaratmaq üzərində işlərə başlayan "Çelsi" transferdə rekord qırıb.

"Çelsi" Enzo Fernandesi "Benfika"dan 121 milyon avroya transfer edib. Beləliklə, bu transfer ingilis klubunun indiyə qədər aldığı ən bahalı futbolçu olub.
"Benfika"da 29 oyun keçirən Enzo Fernandes 4 qol vurub, 7 məhsuldar ötürmə edib.
Argentina Milli Komandası ilə dünya kubokunu qazanan Enzo Fernandes turnirin ən yaxşı gənc oyunçusu seçilib.

Aysun / Demedia.az