Mətbəxi qazanan polislər məəttəl qaldılar! - İçəridə ana və qızı...



 22:13 01.02.2023     513

Şotlandiyada baş verən dəhşətli hadisə reaktiv sürəti ilə dünya mətbuatında səs salıb. 

Demedia.az xəbər verir ki, bir çox xəbər saytları hadisəni ilk səhifədən xəbər verib.

2021-ci ilin mart ayında baş verən hadisədə 25 yaşlı ana və kiçik qızı evlərində ölü tapılıb və oxlar gənc qadının yaşlı sevgilisinə tuşlanıb.
Hadisədə yeganə şübhəli şəxs Bennilin Börk adlı qadının tanışlıq saytı vasitəsilə tanış olduğu 52 yaşlı Endryu İnnes olub. Endryu saxlanıldıqdan sonra onun məhkəməsi keçirilib. Məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edən Endryu başqa uşağa təcavüz etdiyi üçün də mühakimə olunub.
Məhkəmədə çıxış edən prokuror gənc qadının Endryu tərəfindən bir neçə bıçaq zərbəsi aldığını, başına çəkiclə vuraraq öldürdüyünü bildirib. Morqan adlı məmur körpənin boğularaq öldürüldüyünü və bunun tibbi sənədlərdə qeyd edildiyini bildirib. Digər tərəfdən, ikilinin cəsədlərinin zibil torbaları ilə birlikdə mətbəxin altına basdırıldığı da bildirilib.
Məhkəmədə yaxşıca sıxılan Endryu bir müddət sonra cinayətini etiraf edib. Endryu dəhşətli hadisəni bu sözlərlə təsvir edib:
"Onu öldürdüm, bəli. Mən onu mətbəxin döşəməsinin altına basdırdım”.
Bütün bunlar yaşanarkən Endryu tərəfindən təcavüzə uğradığı iddia edilən kiçik qız da işə qoşulub. Endryu ona qandal taxdıqdan sonra onu təhqir etdiyini deyən qız zalı buza çevirib. Sözügedən məhkəmə hələ yekunlaşmayıb, hələ də davam edir.

Aysun / Demedia.az