Udi hindi yağının FAYDALARI



 14:02 02.02.2023     1156

Əsrlərdir ki, alternativ tibbdə istifadə edilən  udi hindi bitkisi son illərdə daha çox populyarlaşıb. Uzaq Şərqdən dünyaya yayılan və bir çox xəstəliklərə dərman olan udi hindinin özündən çox yağından istifadə edilir.

Üst tənəffüs yollarında problem yaşayan, mədəsi ilə bağlı narahatlıqları olan  insanlar ürək rahatlığı ilə udi hindi yağına müraciət edə bilərlər. Həmçinin, qışda  üzə çıxan mövsümi xstəliklər zamanı da udi hindi köməyə çatır.  Türkiyəli məşhur həkim İbrahim Saraçoğlu da son zamanlar tez-tez udi hindi yağını məsləhət görür. 
Təbii antibiotik sayılan udi hindi yağı udi hindi ağacının meyvəsindən hazırlanır.Uzaq Şərqdə, əsasən, Çində yetişən bu ağaclar həmişəyaşıldır və  4 fəsil də meyvə verir. Təzə-təzə dənələri lobyaya bənzəyir.  Bizə qurudulmuşu, yaxud toz halında gəlib çatır.  Udi hindi yağı toz halında olan meyvənin zeytun yağı ilə qarışdırılması və günəşin altında gözlədilməsi nəticəsində əldə edilir. Bir çox xəstəliyin dərmanı olan udi hindi yağı mütəmadi olaraq və ölçülü şəkildə istifadə edildiyində əks təsiri olmur. 

Udi hindi yağının faydaları bunlardır: 
İmmuniteti möhkəmləndirir; 
Mədə problemlərinin aradan qalxmasına kömək edir; 
Qışda mövsümi xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır; 
Təbii antibiotikdir, iltihablanmanın qarşısını alır; 
Boğaz ağrılarını yox edir;
Cinsi aktivliyi artırır; 
Toksin və mikrobların orqanizmdən atılmasını təmin edir; 
Tənəffüs sistemindəki tıxanıqlığı yox edir; 
Ağız qoxusunu aradan qaldırır; 

Udi hindi yağından istifadə qaydaları: 
-Çay kimi içilir; 
-Maskalara qatılır; 
-Bal və ya bəhməz ilə qarışdırılaraq içilir; 
-Adi suya bir neçə damla əlavə edilərək içilir; 

    Zərərləri: 
    Bütün qidalar kimi, udi hindi yağı da düzgün şəkildə istifadə edilmədiyində ziyanlı ola bilir. Həddən artıq qəbulu yolverilməzdir. Çünki bu zaman orqanizm gözlənilməyən reaksiyalar verə bilər. Təxmini ölçü desək, gün ərzində 2 xörək qaşığından artıq udi hindi yağı içilməməlidir. 

    Udi hindi yağının hazırlanması: 
    Udi hindi bitkisi qurudulmuş, ya da toz halında satılır. Apteklərdə yağ halına da rast gəlmək mümkündür. Amma evdə də hazırlamaq olar. 1 şüşə qab götürün, içinə 2 çay qaşığı udi hindi tozu və iki  armudu stəkan saf zeytun yağı tökün. Ağzını möhkəm bağlayın. 2 həftə günəş işığı düşən bir yerdə saxlayın. Sonra istifadə edə bilərsiniz.  
    Burun və boğaz iltihablanmalarında, mədə-bağırsaq problemlərində, bronxit, cinsi zəiflik, aybaşı pozğunluğu, sidik yolları problemləri, Aft xəstəliyi, Guatr xəstəliyi kimi sağlamlıqla bağlı narahatlıqlarda udi hindi yağı müalicəvi effektə malikdir. 

    Udi hindi yağının içilməsinin də fərqli üsulları var: 
Tənəffüs yollarındakı iltihablanmanı aradan qaldırmaq məqsədilə içilirsə, gün ərzində 1 çay qaşığı yetərlidir. Prosedur 15 gün davam etməlidir. 
Mədə-bağırsaq traktatındakı hər hansı problemlə bağlı gün ərzində 2 dəfə, hər dəfə 1 xörək qaşığı olmaqla içilməlidir. Prosedur 10 gün davam etməlidir.
Ağciyər problemləri, astma, cinsi zəiflik, sidik yolları problemləri, aybaşı pozğunluğu kimi hallarda bal ilə  qarışdırılmalı, gündə 2 dəfə, hər dəfə 1 xörək qaşığı olmaqla içilməlidir. Prosedur 10 gün davam etməlidir.
Ağız içi yaraların sağalması üçün udi hindi yağı ilə ağızı yaxalamaq yetərlidir. Gündə 2 dəfə-səhər və axşam, yaralar sağalanadək proseduru təkrarlayın. 

Bahadur Seyidov / Demedia.az