ABŞ "Taliban"a qadağa tətbiq etdi



 15:01 02.02.2023     333

ABŞ Əfqanıstanda qadın hüquqlarına qoyulan qadağalara cavab olaraq “Taliban” hökumətinin bəzi nümayəndələrinə sanksiya tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken açıqlama verib. O bildirilib ki, Əfqanıstanda qadınlara qarşı davam edən zorakılıqda iştirak etdiyi güman edilən hazırkı və keçmiş “Taliban” üzvlərinə, qeyri-dövlət təhlükəsizlik qruplarının üzvlərinə və digərlərinə viza qadağaları tətbiq edilib. Onun sözlərinə görə, həmin şəxslərin yaxın ailə üzvlərinə də viza məhdudiyyəti qoyula bilər.

Blinken “Taliban”ın əsassız qadağaları nəticəsində bir milyondan çox məktəblinin, gənc qadının məktəbdən məhrum edildiyini çox sayda qadının təhsildən kənarda qaldığını qeyd edib.

Bahadur Seyidov