Avstriya 4 rus diplomatı ölkədən qovdu



 15:25 02.02.2023     301

Avstriya 4 rus diplomatı ölkədən qovub.

Demedia.az xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, diplomatlar “statuslarına uyğun gəlməyən” davranışlar sərgiləyiblər. Ona görə də diplomatlar deportasiya edilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, sözügedən 4 diplomatdan 2-nin paytaxt Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunmuşdu.

Qeyd edək ki, Ukryana müharibəsindən sonra onlarla rus diplomat Qərb ölkələrindən qovulub.

Bahadur Seyidov