Bütün hərbi qüvvələr Rusiyaya qarşı yönəldilib - Peskov



 16:06 02.02.2023     319

“ABŞ silahlara nəzarət üçün nəzərdə tutulan müqavilənin şərtlərini pozub”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə deyib. O bildirib ki, bütün hərbi infrastruktur, o cümlədən NATO peykləri Ukraynanın maraqları üçün Rusiyaya qarşı istifadə edilir. Peskovun sözlərinə görə, bu, Rusiyaya qarşı düşmənçilikdir və Moskva buna biganə qala bilməz. Peskov Ukraynaya yeni uzaqmənzilli raketlərin göndərilməsinin mümkünlüyündən danışarkən qeyd edib ki, bu, gərginliyi artırmaq üçün bir üsuldur.

Kreml sözçüsü Qərbin Ukraynada müharibənin gedişatını dəyişə bilməyəcəyini irəli sürüb.

Bahadur Seyidov