İdlibdə qaçqın düşərgələri suya qərq oldu



 19:01 02.02.2023     423

Suriyanın şimal-qərbindəki İdlib əyalətinə güclü yağış yağıb.

Demedia.az xəbər verir ki, yağış nəticəsində məcburi köçkünlərin sığındığı bəzi düşərgələr su altında qalıb. Suriya Fövqəladə Hallar Koordinatorunun direktoru Məhəmməd Hallac bildirib ki, 63 düşərgə su altında qaldıb. Hallac deyib ki, İdlibdə humanitar yardım fəaliyyətləri həyata keçirən təşkilatlar məcburi köçkünlər üçün səylərini artırmalıdır.

Humanitar böhranın gündən-günə artdığına diqqət çəkən Hallac, zərərin ödənilməsi və fəsadların aradan qaldırılması üçün sürətli həll yolu tapılmasının vacib olduğunu qeyd edib.

Bahadur Seyidov