Filippin ABŞ-a daha 4 hərbi bazaya giriş imkanı verdi



 17:44 02.02.2023     306

Filippinə səfər edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin həmkarı Carlito Galvez ilə görüşüb.

Demedia.az xəbər verir ki, görüşdən sonra tərəflər mətbuata açıqlama veriblər.  Lloyd Ostin bildirib ki, Filippin “Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi” çərçivəsində ABŞ-a daha 4 hərbi bazaya giriş imkanı verib. Bununla ABŞ əsgərlərinin giriş icazəsi olan hərbi bazalarının sayı 9-a çatıb. Məlumata görə, sözügedən bazalardan iki ölkə orduları arasında müştərək təlim və ortaq əməliyyat qabiliyyətinin artırılması, humanitar yardım və fəlakətlərin aradan qaldırılması kimi məqsədlər üçün istifadə ediləcək.

ABŞ-ın Filippinin müdafiəsini dəstəkləmək öhdəliyinə sadiq olduğunu xatırladan Ostin bildirib ki, iki ölkə arasındakı ittifaq eyni zamanda region ölkələrinin təhlükəsizliyi üçün də önəmlidir.

Bahadur Seyidov