​Rusiya İsrailə xəbərdarlıq etdi



 18:00 02.02.2023     301

​Rusiya İsrailə Ukraynaya silah göndərməsi ilə bağlı xəbərdarlıq edib. 

Demedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu silahlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf kimi qəbul ediləcək:

"Silah göndərən bütün ölkələr başa düşməlidirlər ki, biz bu silahları Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflər hesab edəcəyik. Bizim mövqeyimiz hamıya məlumdur. Hamı bilməlidir ki, silah yardımları böhranın dərinləşməsinə səbəb olacaq”.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu “CNN” televiziyasına müsahibəsində Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini bildirmişdi.