Çin donanması yenidən Tayvan ətrafına yaxınlaşdı



 16:45 02.02.2023     309

Çin donanması yenidən Tayvan ətrafına yaxınlaşıb.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, ada ətrafında Çinin 23 hərbi təyyarəsi və 4 döyüş gəmisi müşahidə edilib. Bildirilib ki, təyyarələr məhdudlaşdırılmış zonaları keçərək “Hava hücumundan müdafiə zonası”nda uçuşlar həyata keçiriblər. Tayvan Çinin ada ətrafındakı hərbi fəaliyyətini patrul təyyarələr, gəmilər və yerüstü raket sistemləri ilə müşahidə edib.

Qeyd edək ki, Tayvanın Müdafiə Nazirliyi ötən gün ada ətrafında Çinin 34 hərbi təyyarəsini və 9 döyüş gəmisini müşahidə etmişdi.

Bahadur Seyidov