Türkiyədə əməliyyat: Modelyer hava limanında həbs edildi



 17:02 02.02.2023     421

Modelyer Barbaros Şansal KKTC-dən qayıdarkən İstanbul hava limanında saxlanılıb.

Demedia.az xəbər verir ki, əldə edilən məlumata görə, modelyer Barbaros Şansal günorta saatlarında Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə Ercandan İstanbul Hava Limanına gəlib. Türkiyəyə daxil olmaq üçün pasport nəzarəti məntəqəsinə gələn modelyerin üzərində axtarış qərarı olduğu müəyyən edilib.
Bunun üzərinə Şansal polis qrupları tərəfindən saxlanılaraq İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb. Türkiyə Respublikası hökumətini, dövlətin ədliyyə orqanlarını, ordunu və ya polisi açıq şəkildə təhqir etdiyinə görə axtarış qərarı olduğu bildirilən Şansalın etdiyi hərəkətlərdən sonra ədliyyəyə sövq ediləcəyi öyrənilib.

Aysun / Demedia.az