Qardan "GƏLİN": 350 qram qızıl taxıldı



 19:02 03.02.2023     560

Türkiyənin Muş şəhərində qar yağışını əyləncəyə çevirən esnaflar qardan adam yerinə qar gəlini düzəldiblər. 

Demedia.az xəbər verir ki, Qarlı gəlin üçün 400 min lirə dəyərində 350 qram qızıl taxan zərgərlər foto çəkdirib.

Muşda təsirli olan qar yağışı gündəlik həyata mənfi təsir etməklə yanaşı, həm də əyləncə vasitəsinə çevrilir. Bələdiyyə qrupları qalınlığı təxminən 50 santimetrə çatan qarı təmizləməyə çalışarkən, bələdiyyə əlavə xidmət binasının altında iş yerləri olan zərgərlər qardan adam yerinə qar gəlini də düzəldiblər. Qardan gəlin bölgədə diqqət mərkəzinə çevrilib. Zərgər Ekrem Akdaş qar gəlini qızıl boyunbağı və bilərziklərlə bəzədib. 400 min lirə dəyərində 350 qram qızıl geyən qar gəlini görənlər və biznesmen foto çəkdirib.

Aysun / Demedia.az