Finlandiyada xalqı İsveçi gözləmədən ölkənin NATO-ya üzv olmasının tərəfdarıdır
Finlandiyada aparılan sorğuya görə, xalq İsveçi gözləmədən ölkənin NATO-ya üzv olmasının tərəfdarıdır.
Demedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, soğruda iştirak edənlərin əksəriyyəti ölkəsinin NATO-ya üzv olmasını dəstəkləyib. Sorğuda iştirak edənlərin 53 faizi İsveçi gözləmədən NATO-ya üzvlük prosesini davam etdirməli olduğunu irəli sürüb. İştirakçıların 28 faizi isə İsveçin də NATO-ya qoşulmasının vacibliyini ifadə edib.
Respondentlərin 19 faizi qəti fikir bildirməyib.
Bahadur Seyidov