Honq Konq hökuməti turistləri cəlb etmək üçün 500 min pulsuz aviabilet ayırır



 17:12 03.02.2023     321

Honq Konq hökuməti turizmi canlandırmaq və turistləri şəhərə cəlb etmək üçün 500.000 pulsuz aviabilet ayırır.

Demedia.az xəbər verir ki, biletlər 3 hava yolları şirkəti üçün ayrılacaq. 500 min biletin ümumi qiyməti 254,8 milyon dollara başa gəlib. Honq-Konqa səyahət etmək istəyən səyahətçilər uçuş bileti lotereyasında öz adlarını qeyd edərək biletləri qazanmaq şansı əldə edə bilərlər. Biletlər həm Çin həm də dünya üzrə ayrılacaq.

Qeyd edək ki, pandemiyadan əvvəl Honq Konqa ildə 56 milyon turist gəlirdi. 2022-ci ildə bu rəqəm təxminən 100.000-ə düşüb.

Bahadur Seyidov