Peru prezidentinin erkən seçki çağırışı Milli Konqresdə rədd edildi



 17:54 03.02.2023     318

Peru prezident Dina Boluartenin erkən seçki çağırışı Milli Konqresdə keçirilən səsvermədə üçüncü dəfə rədd edilib.

Demedia.az xəbər verir ki, səsvermədə növbədənkənar seçki tələbinin lehinə 48, əleyhinə 75 səs verilib. 1 nəfər bitərəf qalıb. Məlumata görə, Azad Peru partiyasının təqdim etdiyi təklif tələb olunan 87 səsə çatmadığı üçün Konqresdə qəbul edilməyib.

Qeyd edək ki, etirazçılar paytaxt Lima, Arekipa, Abançay, Kusko, Huaroçiri, Tambopata, Puna və San Romanda prezident Boluartenin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə yürüş keçiriblər.

Bahadur Seyidov